Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 04:59

İranda həbs edilmiş gənc şairlərin videosu yayıldı (Bax!)


Şəhriyar del Gerani və Fərid Hüseyn
Şəhriyar del Gerani və Fərid Hüseyn
Gənc şairlər Şəhriyar del Gerani və Fərid Hüseynin İranda həbs olunmazdan əvvəl çəkilmiş videosu yayılıb.

“Youtube” saytına yerləşdirilmiş videonun gənc şairlərin həbsindən 6 saat əvvəl çəkildiyi bildirilir.

Video materialda şairlər şeir oxuyurlar. Həbs olunan şairlərdən birinin – Şəhriyarın atası Mail Hacızadənin ANN.Az-a verdiyi xəbərə görə, bu video telefonla İran Azərbaycanının böyük şairi Məhəmməd Hüseyn Şəhriyarın ev muzeyində çəkilib.

“Videodakı adam M.H. Şəhriyarın oğludur. Çəkilişi oğlumun İmişlidən olan dostları çəkib. Onlar Təbrizdə rastlaşmışdılar. Məndə olan qeyri-rəsmi məlumata görə, Şəhriyargili yaxın iki gündə sərbəst buraxacaqlar” - deyə Mail Hacızadə bildirib.

Qeyd edək ki, gənclərin İrana şeir festivalına getdikləri bildirilir. Mayın 2-dən bəri onlardan xəbər-ətər yoxdur. Onlarla birlikdə həbs edilmiş, amma sonradan azad edilmiş 2 nəfər İmişli sakininin bildirdiyinə görə, həbsi mülki geyimli naməlum şəxslər həyata keçirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG