Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:34

Timoşenkoya qarşı daha bir ittiham irəli sürülə bilər


Ukraynanın baş prokurorluğu 2 hədtədən sonra həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenkoya qarşı yeni ittiham irəli sürə bilər.

Söhbət deputat və biznesmen Yevgeniy Şerbanın qətlinin təşkilindən gedir.

Amma hazırda 7 illik həbs cəzası çəkən Timoşenko bu məsələdə əli olmadığını deyir.

Yevgeniy Şerban 1996-cı il noyabrın 3-də Donetsk şəhərində öldürülüb.

Hücum zamanı deputatın həyat yoldaşı və daha iki adam da ölüb.

Bu qətldə təqsirli bilinən Vadim Bolotski 2003-cü ildə ömürlük həbsə məhkum edilib.

Yevgeniy Şerbanın oğlu, Ruslan Şerban bu ilin aprelində bildirib ki, Yuliya Timoşenko və keçmiş baş nazir Pavel Lazarenkonun bu qətldə əli ola bilmələrilə bağlı prokurorluğa sənədlər təqdim edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG