Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:16

Azərbaycan Xankəndidə parad keçirməsini təxribat adlandırıb


Foto arxiv
Foto arxiv
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan prezidenti Serj Sarkisyanın işğal altında olan
Azərbaycan torpaqlarında hərbi parad keçirməsini təxribat adlandırıb.

APA-nın məlumatına görə, nazirliyin mətbuat katibi Elman Abdullayev bu barədə jurnalistlərə açıqlama verərkən bildirib ki, bu faktı təxribat və danışıqlar prosesində neqativ addım kimi dəyərləndirmək olar.

O qeyd edib ki, bu hərəkət Ermənistan tərəfinin konstruktiv danışıqlar aparmağa hazır olmadığını göstərir.

Ermənistan mətbuatı dünən Azərbaycanın işğal altında olan Xankəndi şəhərində hərbi parad keçirildiyi və prezident Serj Sarkisyanın həmin paradda iştirak etdiyini yazıb.
XS
SM
MD
LG