Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:04

ATƏT Rusiyada jurnalistlərin hüquqlarının pozulmasından narahatdır


ATƏT-in mətbuat azadlığı məsələləri üzrə rəsmisi Dunja Mjatovic Moskvada keçirilən etiraz aksiyaları zamanı jurnalistlərin hüquqlarının pozulmasından narahatlıq bildirib.

Mjatoviç bu aksiyalar zamanı Moskva polisinin hərəkətlərini araşdırmağa və jurnalistlərin hüquqlarını pozanları cəzalandırmağa çağırıb.

O mayın 6-da “Kommersant” qəzeti, “Bolşoy qorod” jurnalı, “Exo Moskvı” radiosu, “Dojd” televiziya kanalı və Slon.ru portalının veb-saytlarının kiberhücumlara məruz qaldıqlarını qeyd edir.

Bu kütləvi informasiya vasitələrindən bəziləri müxalifətin keçirdiyi etiraz aksiyasını canlı
yayımlamaq istəyirmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG