Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:20

London olimpiyadasının alovu götürüldü


Cümə axşamı Yunanıstanın Peloponnes yarmadasında bu yay Londonda keçiriləcək Olimpia oyunlarının alovu götürülüb.

Mərasimdə Beynəlxalq Olimpia Komitəsinin sədri Jak Roq (Jacques Rogge) və London Olimia komitəsinin rəhbəri Sebastian Koe iştirak ediblər.

Ko çıxışında Olimpiya ənənələrini qoruyub saxlayacağını vəd edib.

Jak Roq isə çıxışında bunun dostluq, qardaşlıq və sülh rəmzi olduğunu deyib.

Məşəl mayın 17-də Londona aparılmazdan əvvəl Yunanıstanda gəzdiriləcək.

2012-ci il London Yay Olimpiya Oyunları iyulun 27-də başlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG