Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:48

Herta Müller: “Günter Grass mənəvi avtoritet statusunu çoxdan itirib”


Herta Müller
Herta Müller
-
“O, mənim üçün öz mənəvi avtoritet statusunu çoxdan itirib”.

Nobel mükafatlı alman yazarı Herta Müller bunu mükafatın almaniyalı digər sahibi Günter Grass haqda deyib:

“Çünki o, SS-də (Hitlerin nasist partiyasına tabe hərbi birləşmələr – red.) xidmət etməsini onilliklər boyu gizlədib”.

Oxuzali.az xəbər verir ki, Braziliya mətbuatına müsahibə verən Herta Müller bunları Grass-ın İsraili tənqid edən şeir yazması ilə bağlı sualı cavablandırarkən deyib.

Grass bu yaxınlarda yazdığı şeirdə İranın yox, İsrailin dünyada sülhə təhlükə olduğunu qeyd etmişdi. Bundan sonra İsrail rəhbərliyi onu sərt tənqid edərək ölkəyə gəlməsinə qadağa qoymuşdu.

H.Müller deyib:

“Grass reallığı təhrif edir. İran İsraili məhv etməklə hədələyir, əksinə yox”.

2006-cı ildə, yəni Nobel mükafatını alandan 7 il sonra Grass etiraf etmişdi ki, 2-ci Dünya Müharibəsi zamanı qısa müddətdə SS-də xidmət edib. Çünki o zaman bunu sadəcə “elit ordu hissəsi” sayırdı və müharibə zamanı nə bir güllə atıb, nə də müharibə cinayəti törədib. Bu açıqlama o zaman böyük qalmaqala səbəb olmuşdu.

Herta Müller Braziliyaya öz kitablarının təbliği üçün səfər edib.
Gunter Grass
Gunter Grass

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG