Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 02:27

Dəməşqdə törədilmiş 2 partlayışda azı 40 adam ölüb


Suriyanın paytaxtı Dəməşqdə törədilmiş 2 partlayışda azı nəfər ölüb, 170-ə yaxın adam isə yaralanıb.

Bu barədə Suriyanın dövlət televiziyası xəbər verir.

Onların əksəriyyətinin mülki sakinlər olduğu bildirilir.

Londonda fəaliyyət göstərən suriyalı hüquq müdafiəçilərinin sözlərinə görə isə 50-ə yaxın adam ölüb.

Partlayışlar hərbi kəşfiyyat idarəsinin yerləşdiyi kompleksin yaxınlığında törədilib.

Suriya hakimiyyəti partlayışa görə cavabdehliyi terrorçuların üzərinə atır.

Suriyadakı beynəlxalq müşahidəçilər missiyasının rəhbəri Robert Mood hadisə yerində olub.

Çərşənbə günü Robert Mood da daxil olmaqla bir qrup müşahidəçinin getdiyi maşın karvanı da Dera şəhərinin girəcəyində fuqasa düşüb.

Müşahidəçilərə bir şey olmasa da onları müşaiyət edən əsgərlərdən 6-ı yaralanıb.
XS
SM
MD
LG