Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:20

Azərbaycan diasporu təmsilçisi öldürüldü


Mayın 9-da Ukraynada Azərbaycan diasporunun rəhbərlərindən biri naməlum şəxslər qətlə yetirilib.

Donetsk Vilayəti Azərbaycanlılar Konqresinin sədri İqbal Mahmudov Makiyevka şəhərində Böyük Vətən müharibəsi veteranları ilə görüşə gedərkən maşınındaca öldürülüb.

Ukraynanın Donetsk şəhərini hüquq mühafizə orqanları bildirirlər ki, qətllə bağlı araşdırmalara başlanılıb.

Şahidlər deyir ki, motosikletli şəxslər Mahmudova 5 güllə atıblar.

Polis istintaqın gedişinə mane olmamaq üçün hücumun motivləri barədə şərh verməkdən imtina edib.
XS
SM
MD
LG