Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:58

Putin Böyük Səkkizlərin sammitinə getməyəcək


Mayın 10-da Kreml rəsmi olaraq təsdiqləyib ki, Rusiyanın yeni seçilmiş prezidenti Böyük Səkkizlərin Vaşinqtonda bu ayın sonuna gözlənilən sammitində iştirak etməyəcək. Ehtimal olunurdu ki, bu görüşdə ABŞ prezidenti Barack Obama ilə onun məxfi söhbəti baş tutacaq.

Kremlin bəyanatına görə, üçüncü andiçməsini keçirən Putin mayın17-18-dəki tədbiri təxirə salmasını səbəbi başının yeni hökumət formalaşdırmağa qarışmasıdır. Putin Medvedevi öz adından Böyük Səkkizlərin sammitinə yollayacaq.

Mayın 9-da Putinlə Obamanın telefon danışığında razılaşıblar ki, iyunun 18-19-da Meksikada Böyük İyirmilərin keçirəcəyi sammitdə görüşsünlər.
XS
SM
MD
LG