Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:20

“28 fevral” işinə görə 11 general həbs edildi


Türkiyədə 28 fevral hadisələri ilə bağlı açılmış cinayət işi çərçivəsində 11 general həbs olunub.

Türkiyənin “Hürriyyət” qəzeti yazır ki, Ankara prokurorluğu tərəfindən aparılan istintaqda saxlanılan 17 şübhəlidən 15-i prokurorluqda ifadə verdikdən sonra həbs tələbi ilə məhkəməyə aparılıb.

Ankara Ağır Cinayətlər üzrə məhkəmə nəzarətdə saxlanan 15 şübhəlidən 11-nin həbs edilməsinə, 4-nün isə azad edilməsinə qərar verib.

Həbsolunanlar arasında general-leytenant Tevfik Özkılıçın da adı keçir.
XS
SM
MD
LG