Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:40

««Gül bayramı»na görə Bakıya 16 ton gül gətirilib»


Bakıda keçirilən «Gül bayramı» tədbirlərində istifadə olunan güllərin sayı milyonları keçib.

APA-nın məlumatına görə, bunu Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bayramla bağlı Bakıya Hollandiya, İtaliya, Fransa və Almaniyadan 16 ton müxtəlif növ gül gətirilib.
H. Abutalıbov deyib ki, Heydər Əliyevin güllərdən hazırlanmış portretinə xüsusi diqqətlə yanaşılıb: “Portret gözəl canlandırılıb”.

BŞİH başçısı Heydər Əliyev Sarayının qarşısındakı parkda yerli dizaynerlərlə yanaşı, Almaniya, Hollandiya və Fransa dizaynerlərinin birgə çalışdıqlarını vurğulayıb. H.Abutalıbov, parkın mayın 15-dək Bakı sakinlərinin və qonaqların istifadəsində olacağını bildirib.

Bakıda keçiriləcək «Eurovision-2012» müsabiqəsi barədə danışan BŞİH başçısı deyib ki, yarışma keçirilən günlərdə Bakıda bir-birindən fərqli və maraqlı tədbirlər baş tutacaq: «Bu tədbirlər Bakıya gələn qonaqlar üçün sürpriz olacaq».
XS
SM
MD
LG