Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:44
Kürdəmirdə dolu və güclü leysan yağışları təsərrüfata ciddi ziyan vurub, Kür sahilində yerləşən Carlı və Quşlar kəndlərini su basıb.

Rayon icra hakimiyyətindən APA-ya verilən məlumata görə, Carlı və Quşlar kəndində 200-ə yaxın evi su basıb, əkin sahələri sel altında qalıb, bir çox evlərə ciddi ziyan dəyib.

Carlı kəndində 30 ev qəzalı vəziyyətə düşüb.

7 min hektar taxıl sahəsi, 3 min hektar bostan və tərəvəz sahələri, və meyvə bağlarının 60 faizi məhv olub.

Rayon fövqəladə hallar komissiyasının nümayəndələri ərazilərə baxış keçirir, vətəndaşların müraciətlərini araşdırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG