Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:50

Polşa prezidenti Ukraynanı baykotun əleyhinədir


Polşa prezidenti Bronislav Komorovski Ukraynana hakimiyyətini siyasi qərarlara görə həbs cəzası nəzərdə tutulan qanunu tezliklə ləğv etməyə çağırıb.

O çərşənbə günü Varşavada keçirdiyi mətbuat konfransında həmçinin Ukraynanın özü və
2012-ci ildə bu ölkədə keçiriləcək futbol üzrə Avropa çempionatını baykot etməyin əleyinə olduğunu bildirib.

Kamorovski qeyd edib ki, siyasi problemər Polşa və Ukraynada idman bayramını korlamamlıdır.

Mərkəzi və Şərqi Avropa ölkələrinin mayın 11-12-də Yaltada keçirilməli olan sammiti təxirə salınıb.

Buna səbəb bir çox Avropa liderlərinin həbsdə olan keçmiş baş nazir Timoşenkonun səhətinə görə sammiti baykot etməsi olub.

Timoşenko çərşənbə günü həbsxanadan Xarkovdakı xəstəxanaya götürülüb.

Onu almaniyalı həkim Lutz Harms müalicə edəcək.

Həkim müalicənin azı 1 ay çəkəcəyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG