Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:56

.
Golnaz Esfandiari


İranın ali dini lideri Ayətulla Xameneyi öz fitvasının qurbanı olub.

Söhbət İranda İnternetin senzura edilməsi və filtrasiyadan keçirilməsi ilə bağlı rejimin tətbiqindən gedir.

Həmin rejimin tətbiqinə Ayətullanın özü xeyir-dua verib.

“Tabnak” saytı xəbər verir ki, Xamneyinin anti-filtrasiya vasitələrinin istifadəsinin qanunsuz olması ilə bağlı fitvası İranda İnternet saytlarına yerləşdiriləndən 30 saat sonra blok olunub.

Güman ki, bunun səbəbi fitvada “anti-filtrasiya” sözünün olmasıdır. Bu sözün olduğu bütün mətnləri İranda tətbiq olunmuş İnternet senzurası avtomatik blok edir.

Bu hadisədən sonra mühafizəkarlara yaxınlığı ilə seçilən “Tabnak” saytında belə bir şərh yazılıb: “Fitvanın filtrasiya olunması o qədər eybəcər bir haldır ki, bütövlükdə filtrasiya ilə bağlı tətbiq edilən yeni qaydanın fəlsəfəsini sual altında qoya bilər”.

Xameneyi Iranda bütün məsələlərdə son sözə malikdir

O, sözügedən fitvanı yarı-rəsmi “Mehr” agentliyinin sualına cavab olaraq vermişdi.

“Mehr” Xameneyinin administrasiyasına müraciət edərək soruşmuşdu ki, bəzi iranlılar, o cümlədən jurnalistlər öz peşə ehtiyaclarına görə qadağan edilmiş saytlara da daxil olmalıdırlar. Çünki onlara lazım olan məlumat adətən icazəli saytlarda olmur.

Sual belə idi ki, Ayətulla nə düşünür, belə olan halda həmin insanlar necə hərəkət etməlidirlər?

Buna cavab olaraq Xameneyi yazmışdı: “Ümumilikdə anti-filtrasiya proqramlarından Iranda Internet kafe

Iranda Internet kafe

istifadə İslam Respublikasının qanunlarına ziddir və həmin qanunları pozmaq yolverilməzdir”.

Ötən ilin oktyabrında İranın Telekommunikasiya naziri Reza Tağıpur da bildirmişdi ki, anti-filtrasiya proqramlarının istifadəsi cinayətdir.

İran öz ərazisində İnternetə sərt senzura tətbiq edir

Bu, dünyada ən sərt İnternet senzuralarından sayılır. Bir çox iranlılar, o cümlədən rejimin tərəfdarları qadağan edilmiş saytlara girmək üçün proksilərdən və anti-filtrasiya proqramlarından istifadə edirlər. Qadağan edilmiş on minlərlə sayt arasında xəbər və müxalifət saytları da var.

Xameneyinin fitvası qadağan olunmuş saytlara girən mühafizəkarlar qarşısında dilemma yarada bilər: anti-filtrasiya proqramlarından istifadə etsinlərmi?

Məsələnin absurdluğu onda üzə çıxır ki, onlar Ayətullanın blok olunmuş fitvasını oxumaq üçün gərək anti-filtrasiya proqramından istifadə etsinlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG