Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:12

Sarkozy kabinetin son iclasını keçirib


Getməkdə olan Fransa prezidenti Nicolas Sarkozy çərşənbə günü nazirlər kabinetinin sonuncu iclasını keçirib.

Sarkozy yeni prezident seçilmiş Francois Hollandeyə uğurlar arzulayıb.

Yeni prezident mayın 15-dən fəaliyyətə başlayacaq.

Hollandenin xüsusi müşaviri Jean-Marc Ayrault baş nazirliyə əsas namizəddir.

O uzun illər parlamentdə sosialistlərin fraksiyasına rəhbərlik edib.

Mayın 6-da Fransada keçirilmiş prezident seçkisində 51 faizdən bir qədər artıq səslə Francois Hollande qalib gəlib.
XS
SM
MD
LG