Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:06

Timoşenkonun müalicəsi azı 1 ay çəkəcək


Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun müalicəsi azı 1 ay sürəcək.

Bunu almaniyalı həkim Lutz Harms Xarkov xəstəxanasında Timoşenkonu müayinə etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O artıq müalicənin təyin edildiyini və hazırda Timoşenkonun aclıq vəziyyətindən çıxarıldığını bildirib.

7 illik həbs cəzası çəkən keçmiş baş nazir həbsxanadan xəstəxanaya köçürülməsinə bir şərtlə razılıq verib ki, müalicəni almaniyalı həkim Lutz aparsın.

Mərkəzi və Şərqi Avropa ölkələrinin mayın 11-12-də Yaltada keçirilməli olan sammiti təxirə salınıb.

Buna səbəb bir çox Avropa liderlərinin Timoşenkonun səhətinə görə sammitdə iştirakdan imtina etməsi olub.
XS
SM
MD
LG