Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:06

İraqın Bakuba şəhərində 5 nəfər öldürülüb


İraqın şimal-şərqində hökumət nümayəndəsinin evinə edilmiş hücum nəticəsində 5 nəfər ölüb.

Naməlum silahlı adamlar çərşənbə günü səhər Baakuba şəhərində məmurun evinə soxularaq Daxili İşlər Nazirliyinin əməkdaşı və onun 18 yaşlı oğlunu güllələyiblər.

Bir neçə dəqiqə sonra qonşular hadisə yerinə gələndə isə evdə partlayış baş verib.

Nəticədə daha 3 nəfər ölüb, 5 adamsa yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG