Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:17

Prezident İlham Əliyev zəlzələdən zərər çəkən sakinlərlə görüşüb


Azərbaycan prezidenti İlham ƏLiyev

Azərbaycan prezidenti İlham ƏLiyev

Azərbaycan prezidenti İlham Əliyev ölkənin şimal-qərb bölgəsində zəlzələdən zərər çəkən kəndlərdə olub.

İlham Əliyev Qaxın Güllük və Zaqatalanın Gözbarax kəndlərində evləri dağılmış sakinlərlə görüşüb, təbii fəlakətin törətdiyi fəsadlarla tanış olub.

Sonra isə prezident müşavirə keçirmək üçün Fövqəladə Hallar Nazirliyinin Zaqatalada yaradılmış operativ qərargahına gəlib.

Mayın 7-də səhər saatlarında Zaqatalada 7 bal gücündə zəlzələ və təkrar təkanlar olub.

Hesablamalara görə, zəlzələ nəticəsində rayonda 524 tikili uçub, 2052 tikili qəzalı
vəziyyətə düşüb, 100 sosial obyektdə çatlar əmələ gəlib.

Fövqəladə Hallar Nazirliyi zəlzələdən ziyan çəkən kəndlərdə 500-dən çox çadır qurub.

Həmin çadırlarda 1050 ailə yerləşdirilib, 1276 ailə isə yaxınlarının evlərində məskunlaşıb.

Prezidentin göstərişi ilə dəymiş ziyanı aradan qaldırmaq üçün dövlət büdcəsindən
Fövqəladə Hallar Nazirliyinə 20 milyon manat vəsait ayrılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG