Keçid linkləri

Təcili xəbərlər

Məni nə ağlatdı?! (5 gün gecikmiş etiraf) [VIDEO]


Qızıl mədənlərində Əliyevlərin payı
Gözlə

No media source currently available

0:00 0:05:48 0:00

Qızıl mədənlərində Əliyevlərin payı

-



Mayın 4-də işə gələn kimi həmkarlarımın Daşkəsənin Çovdar kəndindən olan video reportajına baxmalı oldum.
Baxmamaq mümkün deyildi.
Video özü səni çağırırdı.
5 dəqiqə 48 saniyəlik baxışdan sonra hönkürüb ağladım.
Ona görə yox ki, Vətənin var-dövləti Talan olurdu.
Ona görə yox ki, Xalq bu dərəcədə Avam idi.
Ona görə yox ki, Vətənin bir parçası Viranə qalmışdı.
Ona görə yox...
Bəs nəyə görə?
Ona görə ki, kəndin adamları dilənçi günündə idilər...
Ağızlarında dişləri yox, cavankən qocalmış, əyin-başları nimdaş, ev-eşikləri tökülmüş, balaları ac...
Yenə deyimmi?
Axı, Daşkəsən belə deyildi.
Mənim uşaqlığım oranın yaylaqlarında keçib. Alaxançalda, Xaçbulaqda, Zağalıda...
Nə gözəl yerlər idi!
Həyatımda hələ heç yer məni elə ovsunlamayıb.
Hərdən yuxuma girir...
İnanın, oranın meşələri, dağları, bulaqları, gülləri, çiçəkləri, quşları bir aləmdir!
Hələ adamları...istiqanlı, qonaqcıl...
Hansı evə gedərdin, səni yedirib-içirməyə çalışardılar.
Qalın yorğan-döşəkləri, hündür yastıqları olardı. Yatanda içində itib batardın.
Bəs indi nə oldu belə?
Sovetlər dövründə--işğal zamanında qarnıtox yaşayanlar öz müstəqil ölkələrində niyə dilənçiyə döndülər?
Kimdir günahkar?
Qızıl üstündə yaşayanlar niyə qara qəpiyə həsrətdirlər?
Mən bir qulam, yerim altun,
suyum gümüş, özüm ac...
Atam məhkum, anam salih,
elim hər şeyə möhtac!?
(Əhməd Cavad)

İstiqlal şairi bu misraları az qala 1 əsr öncə yazıb.
Bəs biz niyə dəyişmirik?
Yeri qızıl, suyu gümüş, havası büllur xalq niyə hələ də acdır?
Nədən hər şeyə möhtacdır?
Niyə hüquqsuzdur?
Nədən belə zavallıdır?
Nədən iki inəyini yemləyə bilməyəcək dərəcədə acizdir?
Nədən bir pəncərəsinə şüşə sala bilməyəcək dərəcədə kasıbdır?
Nədən dostu-düşməndən ayıra bilməyəcək dərəcədə avamdır?
Kimdir günahkar?
Bu qədər uzun sürən bədbəxtliyin səbəbkarı bəlkə “hər şeyə möhtac xalqın” özüdür?
Nə deyirsiniz?!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG