Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:07

Suriyada zorakılıqlar davam edir


Suriyanın cənubunda Deraa şəhərinin yaxınlığında yolda partlayış olub. Partlayış BMT missiyasının rəhbəri Robert Moodun da olduğu konvoyun yolunda baş verib. Mood və BMT-nin digər nümayəndələri xəsarət almayıblar. Altı suriyalı hərbçi yaralanıb.

Müxalifət fəallarının verdiyi məlumata görə, Dəməşq ətrafında 7 hərbçi öldürülüb. Həmin hərbçilərin olduğu avtobusu naməlum şəxs atəşə tutub. Bundan sonra hərbçilər ətraf ərazini tanklardan atəşə tutub.

Aprelin 12-dən Suriyada atəşkəs elan olunsa da zorakılıqlar davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG