Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:17
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Sayı: 52 (20.457) 17 mart 2012


QADINA QAYĞI VƏ EHTİRAM CƏMİYYƏTİ YÜKSƏLDİR

...Ulu öndər Heydər Əliyev qadınların əməyini, dövlətçiliyimizin inkişafındakı rolunu yüksək qiymətləndirərək demişdir: «Mən Azərbaycan qadınlarının dövlət işində də fəaliyyətini xüsusi qiymətləndirirəm. Bu bir tərəfdən Azərbaycan qadınlarının fəallığıdır, ikinci tərəfdən də Azərbaycanda qadınlara öz istedadlarını, bilik və bacarığını həyata keçirmək üçün, realizə etmək üçün yaranan imkanların nəticəsidir. Məhz ona görədir ki, dövlət orqanlarında qadınlar çox müvəffəqiyyətlə işləyirlər».
Ümummilli lider Heydər Əliyev qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədilə 1998-ci il yanvarın 14-də «Qadın Problemləri üzrə Dövlət Komitəsi»nin yaradılması barədə fərman imzalanmışdır.
...Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO- nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədəki rolunu xüsusi qeyd etmək istərdim.
Bu gün Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatı Qadınlar Şurası 2737 nəfəri öz ətrafında birləşdirir. Təkcə ötən il rayonumuzda 95 nəfər gənc qadın partiyamızın sıralarına daxil olmuşdur.

NAXÇIVANDA NEY İFAÇILIĞI SƏNƏTİ TARİXİNDƏN

Hazırda muxtar respublikamızda yaşlı nəslin nümayəndələrindən olan Nəsrullah İbadov ney ifaçılığı sənətini yaşatmaqdadır. Bu yaşlı sənətkar ney haqqında danışarkən qeyd edir ki, neydən təkcə el şənliklərində deyil, eyni zamanda keçmişdə dini mərasimlərimizin qeyd edilməsində də istifadə edilmişdir. Belə ki, 16-cı əsrdə dini məzmun daşımaqla «İlahi» və «Nəfəs» janrına aid olan dini mahnıların ifası zamanı məhz neydən istifadə olunmuşdur. Bütün orta əsr boyunca sufi poeziyasında ney çox xatırlanmış, onun naləsi əzaba dözümlülük və həqiqətə çağırış kimi qiymətləndirilmişdir. Bu cür məlumatlardan aydın olur ki, ney ifaçılığı sənəti Azərbaycanımızın ayrılmaz hissəsi olan Naxçıvanda daha böyük inkişaf yolu keçmişdir.
...Bütün bunlar isə milli irsimizə, milli mədəniyyətimizə və bunları özündə ehtiva edən milli dəyərlərimizə göstərilən dövlət qayğısının bariz nümunədir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Hüquqi maarifləndirmə günün tələbidir
- Şeir müsabiqəsi
- «Milli dəyərlər İli»nə həsr olunmuş tədbir
- Yaşıllaşdırma tədbirlərinə hazırlıq görülür

Şərhləri göstər

XS
SM
MD
LG