Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:10

Şamaxıda 22 nəfər xilas edilib


Arxiv foto
Arxiv foto
Şamaxıda sel sularında batmaq təhlükəsi ilə üzləşmiş 22 nəfər xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Nazirlik bildirir ki, Şamaxı rayonu, Bağırlı kəndi yaxınlığında yağış və sel sularının intensivləşməsi nəticəsində avtomobillərin və sərnişinlərin köməksiz vəziyyətdə yolda qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər 22 nəfəri xilas edərək təhlükəsiz əraziyə təxliyə ediblər.

Şamaxıda mayın 6-dan yağan leysan yağışları nəticəsində bir nəfər həlak olub. Şamaxı iсra başçısının müavini Qasım Qasımov AzadlıqRadiosuna bildirib ki, 22 yaşlı Ovculu kənd sakini Bilalı Alməmmədov sel sularının qurbanı olub.

Onun sözlərinə görə, mal-qara tələfatı, əkin sahələrinə ziyanla bağlı hələlik əllərində konkret məlumatlar yoxdur: «Amma demişik ki, belə hallarla üzləşənlər bizə müraciət etsinlər. İşıq-qaz-telefon xətlərinə zədə dəyməyib, yağış da hazırda kəsib».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG