Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:06

Təbrizdə Eurovisiona qarşı etiraz [Fotolar]


İranın Təbriz şəhərindəki Azərbaycan konsulluğu qarşısında «Eurovision»a qarşı mitinq keçirilib.

İran mediası yazır ki, «minlərlə insan homoseksualların Bakıya toplaşması»na etirazlarını bildiriblər. Onlar üzərinə «İsrailə ölüm!», «Hicab bizim fəxrimizdir!» yazılmış və Azərbaycan prezidenti İlham Əliyevi «sionist» adlandıran şüarlar da qaldırıblar.

Etirazçılar Azərbaycan rəhbərliyindən mayın axırında Bakıda keçiriləcək «Eurovision» yarışmasını ləğv etməyi tələb ediblər.

Təbriz əsasən Azərbaycan türklərinin yaşadığı şəhərdir. Aksiyadakı şüarların da çoxu azərbaycanca olub.

Amma İran mediası etirazların kim tərəfindən təşkil edildiyi barədə məlumat vermir.

«Eurovision»un homoseksual fanatları da çox olduğu üçün bəziləri bunu «gey parad» adlandırır.

Bundan əvvəl bəzi İran ruhaniləri də Bakıda keçiriləcək mahnı yarışmasının əleyhinə fikirlər səsləndirmişdilər.


DAHA ÇOX FOTO BURDA

Şərhləri göstər

XS
SM
MD
LG