Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:57

Liviyada üsyançılar dövlət binasına hücum edib


Tripolidə bir qrup üsyançı dövlət binasına hücum edib. Onlar əmək haqlarını tələb ediblər. Başqa bir tələb isə Qaddafinin devrilməsi zamanı yaralanmış üsyançıların xaricdə müalicəsi olub.

Liviya hökumətinə yaxın mənbənin sözlərinə görə, silahlılarla danışıqlar aparılıb. Danışıqlar nəticəsiz qalanda isə binadan atəş səsləri eşidilib.

İki nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir. Dövlət məmurlarından yaralanan olmayıb. Onlar binadan çıxa biliblər.
XS
SM
MD
LG