Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:49

Tymoshenko şərtlə xəstəxanaya köçürülməyə razılaşıb


Yulia Tymoshenko bildirib ki, həbsxana mühafizəçiləri onu döyüb.

Yulia Tymoshenko bildirib ki, həbsxana mühafizəçiləri onu döyüb.

Ukraynanın keçmiş baş naziri Yulia Tymoshenko mərkəzi kliniki xəstəxanaya köçürülməyə razılaşıb. Ancaq bir şərtlə ki, onu müalicə edən həkim alman klinikasının həkimi Luts Harms olsun. Bu haqda «İnterfax»a Tymoshenkonun qızı Evgeniya məlumat verib.

Tymoshenkonun qızı deyib ki, həkim Harms anasını müayinə edəndən sonra deyib ki, müalicə vacibdir, yoxsa onda əlillik yarana bilər.

Yulia Tymoshenko bildirir ki, Xarkov şəhər həbsxanasının mühafizəçiləri onu döyüb. Buna etiraz olaraq aprel ayından açlıq aksiyası keçirir. Həkimlər onun onurğa sütununda problemlərin olduğunu bildiriblər. Aclıq nəticəsində Tymoshenkonun 10 kq arıqladığı bildirilir.

Avstriya, Çexiya, Almaniya, İtaliya və Sloveniya prezidentləri Tymoshenkonun səhhəti ilə bağlı narahatlıqlarını bildiriblər. Onun saxlanma şəraitinə etiraz olaraq mayın 11-12-də Yaltada keçiriləcək Mərkəzi və Şərqi Avropa dövlətlərinin sammitində iştirak etməkdən imtina ediblər.

Oktyabrın 11-də keçmiş baş nazir 2009-cu ildə Rusiya ilə qaz müqavilələrinin imzalanması zamanı səlahiyyətlərini aşdığına görə 7 il həbs cəzasına məhkum edilib. O, ittihamı siyasi sifariş sayır.

Şərhləri göstər

XS
SM
MD
LG