Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:46

Timoşenko Ukrayna xəstəxanasında müalicəyə razı oldu


Ukraynada həbsdə olan müxalifət lideri Yuliya Timoşenko ölkə xəstəxanalarında müalicə olunmağa və aclığı dayandırmağa razılıq verib. Bir şərtlə ki, onun müalicəsinə nəzarəti alman həkimləri həyata keçirəcək.

Bu barədə Timoşenkonu həbsxanada ziyarət etmiş alman həkim Lutz Harms məlumat verib.

Bundan əvvəl Ukrayna hökuməti Timoşenkonun Almaniyaya müalicəyə aparılmasına razılıq verməmişdi.

Timoşenko həbsxanada səhhətinin pisləşdiyini və həbsxana nəzarətçiləri tərəfindən döyülərək xəsarətlər aldığını bildirir.

Hökumət döyülmə iddilarını rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG