Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:14

Azərbaycanlı tələbələr Amerikaya yola düşür


Mayın 8-də ABŞ-ın Azərbaycandakı səfirliyində «Work and travel» proqramı çərçivəsində yayı Amerikada keçirəcək tələbələrə ilk 11J1 vizası verilib.

Bu, ABŞ Dövlət Departamentinin tələbələrə ABŞ-da işləmək və yaşamaq imkanı verən mübadilə proqramlarından biridir.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterling deyib ki, azərbaycanlı tələbələr Amerikanın müxtəlif yerlərində yaşaya və işləyə bilərlər:

«Amma əsas mədəni mübadilədir. Bu, azərbaycanlı tələbələrin Amerikanı tanıması və amerikalıları Azərbaycanla tanış etməsi üçün gözəl imkandır».

Keçən il bu proqramda 400 azərbaycanlı tələbə iştirak edib.

Bu proqram Azərbaycanda 8 ildir həyata keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG