Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:27

Müsavat Partiyası qurultayla bağlı İcra Hakimiyyətinə müraciət edib


Müsavat Partiyası VIII qurultayının keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciət icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ünvanlanıb.

Müraciətdə bildirilir ki, artıq dördüncü dəfədir qurultayla bağlı şəhər icra hakimiyyətinə məktub göndərilir. İcra hakimiyyətinin təklif etdiyi zallarda isə qurultay keçirilməsi mümkün deyil: «Bakı şəhər İdman Sarayında yarışların keçirilməsi qrafikinə uyğun olaraq «Eurovision» Beynəlxalq Mahnı Müsabiqəsinə qədər qarşılıqlı razılaşma əsasında qurultayın baş tutması üçün münasib gün müəyyənləşdirmək olar».

Müraciətdə bildirilir ki, əgər müraciətə mayın 18-nə qədər müsbət cavab verilməsə, partiya qurultay keçirmək üçün qonşu Türkiyə və Gürcüstan dövlətinə müraciət etmək haqqından istifadə edəcək.
XS
SM
MD
LG