Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:14

Ukrayna Avropa sammitini təxirə saldı


Ukrayna Soçidə keçiriləcək Avropa Birliyi sammitini qeyri-müəyyən müddətə təxirə salıb.

Avropa Birliyinə daxil 10 ölkənin rəhbəri müxalifət lideri Timoşenko azad olunmayınca Ukraynadkı sammitə qatılmayacaqlarını bəyan etmişdilər.

Tədbir Ukraynada (Polşa ilə birgə) keçiriləcək futbol üzrə Avropa çempionatı ərəfəsində baş tutmalı idi.

Ukraynanın xarici işlər nazirliyi bildirib ki, diplomatik kanallarla sammitin keçiriləcəyi yeni tarix Avropa liderləri ilə razılaşdırıldıqdan sonra tədbiri keçirmək niyyətindədirlər.
XS
SM
MD
LG