Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:27

ARDNŞ: Zəlzələ Azərbaycanın qaz təsərrüfatında ciddi problem yaratmayıb


Azərbaycanın şimal-qərb rayonlarında baş vermiş zəlzələ ilə əlaqədar qaz təsərrüfatında ciddi problem yaranmayıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yaydığı məlumatda bildirilir.

ARDNŞ-ın məlumatına əsasən, mayın 7-də Azərbaycanın şimal-qərb ərazisində baş vermiş zəlzələ ilə əlaqədar «Azəriqaz» İstehsalat Birliyinin qaz kəmərlərində heç bir qəza və zədələnmə aşkar olunmayıb: «Lakin yeraltı təkanların mütəmadi davam etməsi nəzərə alınaraq, mayın 7-də saat 23:00-dan Zaqatala və Qax rayonlarının qaz təchizatı dayandırılıb, mayın 8-də səhər saatlarında Qax rayonunun qaz təchizatı bərpa olunub».

İstehlakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə Zaqatala rayonunun mərkəzindəki 4 və 5 mərtəbəli binaların qaz təchizatı dayandırılıb. Hazırda fərdi mənzillərə baxış keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG