Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:18

Avro ucuzlaşmaqda davam edir


Mayın 8-də Avropa bazarlarında səhmlərin qiyməti düşməkdə davam edib. Səbəb – həftəsonu Fransada və xüsusən Yunanıstanda keçirilmiş seçkilərin nəticələridir.

Avronun məzənnəsi dollara nisbətən enməkdə davam edib: 1 avro – 1,3018-ə düşüb.

Yunanıstanda beynəlxalq yardımlar əvəzində ölkənin büdcə xərclərini kəskin azaltmaq planına qarşı çıxan partiya hakimiyyətə gəlib. Mayın 17-ə qədər yeni hökumət qurulmasa, yeni seçkilər keçirilməli olacaq.

Fransada prezident seçilən Fransua Holland da oxşar mövqedən çıxış edir.

Avropa Birliyi son illərdə öz siyasətini məhz böhranlı ölkələrdə büdcə xərclərinin kəskin azaldılması üzərində qurmuşdu.
XS
SM
MD
LG