Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:35
Gənclər üçün pulsuz montaj dərsləri, videokamera ilə çəkiliş və sosial jurnalistika təlimləri təklif edilir. “İnternyus Azərbaycan” İctimai Birliyinin “Keçid dövrü” televiziya proqramının təklif etdiyi layihədə 14-16 yaşlarında olan, Azərbaycan və rus dillərini bilən oğlan və qızlar iştirak edə bilərlər.

“Uşaq yolayrıcı” layihəsi çərçivəsində reallaşan proqramın məqsədi Cənubi Qafqaz gənclərinin media biliklərini artırmaqdır.

Beynəlxalq layihənin icrasına 2004-cü ildən başlanıb. “Keçid dövrü” proqramında iştirak etmək üçün müsabiqə yolu ilə seçilmiş gənclərin media biliklərini artırmaq məqsədilə yerli və beynəlxalq ekspertlərin təlimləri təşkil olunur.

Müsabiqənin qalibləri (7 nəfər) bu ilin iyul ayında üç həftə müddətinə Gürcüstanın Batumi şəhərinə - gənclərin beynəlxalq media düşərgəsinə göndəriləcək.
XS
SM
MD
LG