Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:10

Özbəkistan və Tacikistanın tənqidçisi döyülüb


Özbəkistan və Tacikistan hökumətlərinin tanınmış tənqidçisi Səlim Şəmsiddinov Tacikistanda Qurgon-Teppa şəhərindəki evində naməlum şəxslər tərəfindən döyülüb.
Onun sözlərinə görə, mayın 5-də 3 nəfər onun üstünə hücum edib, başından və ayaqlarından xəsarət yetiriblər.

Yerli hökumət hadisəni təsdiqləyib, amma detallar barədə bilgi verməkdən imtina edib.

Şəmsiddinovun fikrincə, bu hücum onun sonuncu müsahibəsi ilə bağlı ola bilər. Bu müsahibədə Tacikistanın qonşu Özbəkistanla gərgin münasibəti tənqid olunurdu.

Səlim Şəmsiddinov özbək hakimiyyətini də ciddi tənqid edir.

Bu iki ölkə arasında münasibətləri su və enerji mənbələrinə görə gərginlik yaşanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG