Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:43

AS: “Barcelona” Thiago Silva`ya görə “Milan”a €20 milyon+Keita`nı təklif edir


Thiago Silva Braziliya yığmasının heyətində, mart 2011

Thiago Silva Braziliya yığmasının heyətində, mart 2011

Bu yay “Barcelona” İtaliyanın “Milan” klubunda oynayan 27-yaşlı müdafiəçi Thiago Silva`nı transfer etmək istəyindədir.

Katalon klubu italyan kluba yarımüdafiəçi Seidu Keita`nı verməklə braziliyalı müdafiəçinin €40 milyonlu` transfer dəyərini 2 dəfə azaltmaq fikrindədirlər.

“Barcelona”nın xeyrinə o məqam var ki, “Milan” Zlatan İbrahimovic`in transferinə görə hələki pulu tam ödəməyib.

İspaniyanın AS qəzetinin qeyd etdiyinə görə, bundan savayı, Keita`ya maraq “rossoneriler”in rəqibi “İnternazionale” tərəfindən oyanıb.
XS
SM
MD
LG