Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:44

Zaqatalada yeni təkanlar hiss olunub


Mayın 7-də səhər Zaqatalada baş vermiş güclü zəlzələdən sonra yeraltı təkanlar axşam da davam edib. Ailəsini yaxın rayonlara, zəlzələnin daha az hiss olunduğu Şəki və Balakənə köçürənlərin sayı artıb.

Bu barədə məlumatı AzadlıqRadiosuna rayon sakinlərindən Sultan Sultanov verib.
Bildirib ki, saat 8-dən sonra bir çoxları həyətlərindəki kiçik tikililərdə gecələyib.

«Bu cür tikintisi olmayan ailələr qonşularda gecələməli olub. Rayona qaz və elektrik enerjisinin verilməsi dayandırılıb».

Əhalinin verdiyi məlumata görə rayon mərkəzində FH nazirliyi bir çox insana evlərinə girməyi qadağan edib və onları gecələmək üçün çadırlara köçürüb:

«Gecə saatlarında təkanlar xeyli artdı. Təkan hər yarım saatdan bir, ya hər saatda bir, ya da iki saatlıq fasilə ilə hiss olunur. Evlərdə oturmaq mümkün deyil, çünki evi əsdirən təkan əşyaları üstümüzə uçurur və bu cür təkrar olunan hər təkandan sonra evlərin dağılma təhlükəsi daha da artır. İnsanlar xeyli təşviş içindədir».

Mayın 7-də Zaqatala rayonunda bir neçə dəfə zəlzələ olub, birinci zəlzələ 7 bal gücündə qeydə alınıb.Təkanların episentri Zaqatala şəhərinin 14 km. və 13 km. cənub şərqində olub.

FNH-nin məlumatına görə, təkanlar nəticəsində tələfat və dağıntı olmayıb. Səhər saat 9.40-da baş vermiş 5,5 bal gücündə birinci zəlzələ zamanı Zaqatalanın Muxax, Zeyəm və Bazar kəndlərində onlarla yaşayış evi dağılıb. FHN rəhbəri Kəmaləddin Heydərov həmin kəndlərdə olub.

Fövqəladə Hallar Nazirliyinin Mülkü Müdafiə Qoşunlarının 450 nəfər şəxsi heyəti, digər qurumlarından 100-ə yaxın xilasedici, yerli komissiyalarla birgə tikililərin vəziyyətinin qiymətləndirilməsi üçün mühəndis-konstruktorlar və 600-dən çox çadır bölgəyə gətirilib. Ehtiyacı olanlar üçün çadırlar qurulub.
XS
SM
MD
LG