Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:10

Amerikalı tələbəyə Heydər Əliyev Mükafatı verilib


ABŞ-ın Montana Ştat Universitetinin siyasi elmlər fakültəsinin tələbəsi Stiven Babbit «Azərbaycana dair araşdırmalarda nailiyyətlərə görə Heydər Əlyev Mükafatı»na layiq görülüb. Mükafat sabiq prezident Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən təsis olunub.

Bu barədə Baş Konsulluq məlumat yayıb.

Bildirilib ki, Montana Ştat Universitetinin professoru Tomas Qoltsun «Yeni İpək Yolu» adlı enerji və ətraf mühitlə bağlı intensiv yay məktəbi çərçivəsində Azərbaycana səyahət etmiş S. Babbit Azərbaycanla bağlı öz araşdırmalarında və universitetin diplomatik simulyasiyalarında yüksək fəallığı ilə seçilib.

Baş Konsulluğun mükafatı Azərbaycan üzrə araşdırmalarda fərqlənən ABŞ tələbələrinə verilir.
XS
SM
MD
LG