Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:27

Şuşanın işğalından 20 il ötür [Video]


Şuşa şəhəri işğaldan sonra
Şuşa şəhəri işğaldan sonra
Mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğal etməsindən 20 il keçir.

Bununla əlaqədar Fəxri Xiyabanda ənənəvi olaraq anım mərasimi keçirilir. Qarabağ icmasının rəhbərliyi, elm, mədəniyyət xadimləri, ziyalılar, eləcə də işğal olunmuş ərazilərin sakinləri anımda iştirak edirlər.

Şuşanın işğalı zamanı 480 nəfər günahsız insan qətlə yetirilib, 600 nəfər yaralanıb, 150 nəfər əlil olub, 25 minə yaxın insan məcburi köçkünə çevrilib.

XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa 1992-ci il mayın 8-də işğal olunub.

Şuşanın ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatıb. Ümumilikdə şəhərin işğalı nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.
Şuşalı qızın Şuşa həsrəti
Şuşalı qızın Şuşa həsrəti
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00
Direct-ə keçid
Bakıda Şuşanın bir parçası
Bakıda Şuşanın bir parçası
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00
Direct-ə keçid
Şuşa 2010
XS
SM
MD
LG