Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:02

Bir ildə 3 milyon amerikalı kabel televiziyasından imtina edib


Son bir ildə 3 milyon amerikalı kabel televiziyasından imtina edib.

Son araşdırmaya görə, buna səbəb - internet televiziyasının inkişafıdır.

Nielsen şirkətinin sorğusu göstərir ki, kabel televiziyasına abunəçilərin sayı bir ildə 1,5 faiz azalıb.

Ancaq bununla belə, internet və kabel televiziyaları amerikalıların adi televiziyaya marağını öldürə bilməyib.
Ancaq ildən-ilə amerikalıların televiziyaya baxdığı vaxt artırdısa, indi ilk dəfə olaraq azalıb.

Orta amerikalı ayda adi televiziya verilişlərinə baxmağa 153 saat vaxt sərf edir.

Bundan başqa, o, ayda 27 saat da ya rekorderdən , ya da televiziyadan sifarişlə verilişlərə, filmlərə, konsertlərə baxır.

Orta amerikalı ayda 24 saat internetə baxır, internet videolarına isə ayda 4 saat vaxt sərf edir.

Sorğuya görə, son bir ildə mobil telefonla videoya baxmaq vaxtı dəyişməyib.

ABŞ-da bir ildə yeni texnologiyalı televizorların satışı isə 8 milyon artıb (AFP) .

Günün bütün mövzuları

XS
SM
MD
LG