Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:55

Məcburi köçkün ona ev verilməməsindən şikayətlənir


Foto: Arxiv
Foto: Arxiv
Laçın köçkünü Yaşar Əsədov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, uzun illər Ağcabədinin Hacıbədəlli kəndi yaxınlığında yaşayıblar. Yaşadıqları ərazidə 4 sot torpaq sahələri də olub. Ötən il digər köçkünlər kimi onlar da ərazidən köçürülüblər və həmin yerdə köçkün şəhərciyi tikilib. Şəhərcik hazır olduqdan sonra başqa köçkünlərin böyük hissəsi ora köçürülsə də, Əsədovlar ailəsi kənarda qalıb.

«DEMİŞDİLƏR BİRİNCİ SİZİ EVLƏ TƏMİN EDƏCƏYİK»

Yaşar Əsədov: «Atama məxsus 4 hektar yer və içində tikilmiş evimiz var idi. Qəflətən bizə dedilər ki, bura köçkün şəhərciyinin ərazisinə düşür, burda beşmərtəbə tikiləcək, gedin bir müddət kirayədə qalın, binalar hazır olandan sonra sizə də burdan ev veriləcək. Biz də dedik bir halda ki, artıq hazır evlər var, bizi birbaşa həmin evlərdən birinə köçürün. Bir də rayona gedib kirayədə yaşamayaq. Bildirdilər ki, əvvəl prezident gəlməlidir, şəhərciyin açılışında iştirak etməlidir. Siz burdan çıxın, tam hazır olan kimi birinci növbədə siz evlə təmin olunacaqsınız. Biz də Ağcabədidə kirayə ev tutub köçdük. Beşmərtəbələr tikilib, prezident də gəlib-gedib, evlərin təxminən 80 faizi köçkünlərə paylanılıb, ancaq bizə ev vermirlər».

Yaşar Əsədov deyir ki, indi böyük bir ailə kirayədə yaşayır, kirayə haqqı ödəməyə imkanları yoxdur.

ƏVVƏL İNZİBATİ BİNALARDA YAŞAYANLAR KÖÇÜRÜLÜR

Ağcabədi rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirdilər ki, istifadəyə verilmiş şəhərciyə rayon yaxınlığındakı «Alman şəhərciyi»ndə, rayondakı məktəb və uşaq bağçalarında məskunlaşmış köçkünlər köçürülür. Kirayədə yaşayan köçkünlər həmin şəhərciyə inzibati binalarda yaşayan köçkünlərdən sonra yerləşdiriləcəklər.
XS
SM
MD
LG