Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:03

İctimai Palata mayın 13-ə yürüş planlaşdırır


İctimai Palata (İP) mayın 13-də yürüş-mitinq, mayın 14-də isə Bakı şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirmək üçün İcra Hakimiyyətinə müraciət ünvanlayıb.

İP Binəqədi rayonu 7-ci mikrorayondakı keçmiş «İnqilab» kinoteatrının qarşısından başlayaraq, S.S.Axundov küçəsindən keçməklə metronun «Dərnəgül» stansiyasına doğru yürüş keçirmək istəyir.

Qeyd olunur ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən başqa yer təklif olunsa, təşkilatçılar onu müzakirə edə bilər.

Mayın 14-də Bakı şəhər İcra Hakimiyyətinin qarşısında isə İctimai Palata ölkədə sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətin aradan qaldırılmasını tələb edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG