Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:07

Putinin prezidentliyi regiona nə vəd edir?


Vladimir Putin prezidentlik səlahiyyətlərini təhvil alır

Vladimir Putin prezidentlik səlahiyyətlərini təhvil alır

«And içirəm ki, Rusiya prezidentinin vəzifəsini icra edərkən mən insan hüquqlarına və azadlıqlarına hörmət edəcəyəm və onu qoruyacam. Konstitusiyaya əməl edəcəm və onu müdafiə edəcəm. Dövlətin suverenliyini, müstəqilliyini, təhlükəsizliyini, bütövlüyünü müdafiə edəcəm və adamlara sədaqətlə xidmət edəcəm».

Rusiyanın köhnə və yeni prezidenti Vladimir Putin 3-cü dəfə bu andı söylədi. O, 2000-2008-ci illərdə ölkənin prezidenti, sonra isə Baş naziri oldu. İndisə prezidentlik kürsüsünü Dmitri Medvedevdən geri aldı və onun namizədliyini Baş nazir postuna təqdim etdi.

Putin deyir ki, Rusiya yeni milli inkişafa daxil olur və yaxın illər ölkə üçün həlledici olacaq:

«Milyonlarla vətəndaşımızın inamını qazanmaq üçün hər şey edəcəyəm. Hesab edirəm ki, vətənimə və xalqıma xidmət etmək həyatımın bütün mənası və vəzifəsidir».

«3-CÜ DÖVR –ZİNDAN»

Pitinin andiçmə mərasimi Kremldən kənarda «3-cü dövr –zindan» şüarları ilə müşayiət olunub. Onun prezident seçilməsini saxta və qanunsuz sayan müxalifət təmsilçiləri mayın 6-dan nümayişlər keçirirlər.

Bəs Azərbaycanda onun yeni prezidentlik dönəmi barədə nə düşünürlər? Əvvəlki prezidentliyi Fuad Qəhrəmanlı

Fuad Qəhrəmanlı

dövründə sərt qərarları ilə yadda qalan Putinin Cənubi Qafqazdakı proseslərə, Azərbaycanla münasibətlərə hansı təsiri olacaq?

«AVTORİTAR HAKİMİYYƏTLƏRİ MÜDAFİƏ EDƏCƏK»

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyir ki, onsuz da Putin Baş nazir olarkən də Rusiyanın xarici siyasətini formalaşdırırdı və Medvedev dövründə fərqli siyasət olmayıb:

«Hesab edirəm ki, hazırkı siyasət davam edəcək. Qarabağ münaqişəsinin həll olunmamış vəziyyətdə qalması üçün öz maraqlarını işə salacaq. Qərbin Qafqazdakı rolunu məhdudlaşdıracaq və avtoritar hakimiyyətləri müdafiə edəcək».

F.Qəhrəmanlının fikrincə, Putin Ermənistanın da Qərbə inteqrasiyasına mane olacaq və Qərbdən gələn təzyiqləri neytrallaşdırmaq üçün yenə də öz himayəsini təklif edəcək. Müsahibimiz Putinin andiçmə mərasimində insan hüquq və azadlıqları haqda dediyi sözlərə inanmadığını deyir, 6 may aksiyasında onlarla adamın həbs olunmasını fikrinə misal kimi çəkir.
Zahid Oruc

Zahid Oruc


«QARABAĞ MÜNAQİŞƏSİ HƏLL OLUNMAYACAQ»

Putinin özünə milli müqavimət yaratdığını deyən deputat Zahid Oruc isə düşünür ki, Putin Rusiyanı əvvəlki kimi idarə etməkdə çətinlik yaşayacaq. «O, seçki zamanındakı vədlərini yerinə yetirmək məcburiyyətindədir» deyən Z.Orucun fikrincə, Putin Avropa məkanında Rusiyanın siyasi çəkisini artıracaq. Müsahibimiz hesab edir ki, Putin Kremlin təsirini artırmaq üçün MDB məkanında yeni birlik formatları ilə çıxış edəcək.

Zahid Oruc Rusiyanın Azərbaycanla münasibətlərində yeni xətt tutmayacağını, amma xoş münasibətlərin də Qarabağ münaqişəsinə təsiri olmayacağını proqnozlaşdırır.

Politoloq Zərdüşt Əlizadə isə Rusiyanın Cənubi Qafqazda sovet dövründəki mövqeyini bir daha bərpa edə bilməyəcəyini deyir. O, hesab edir ki, ölkə müxalifəti də Putinə təsir göstərmək gücündə olmayacaq.

Şərhləri göstər

XS
SM
MD
LG