Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:18

Almaniya xəbərdarlıq edir ki, büdcə qənaəti müqaviləsinə yenidən baxılmayacaq


Almaniya hökuməti bildirib ki, Avropa Birliyinin büdcə müqaviləsində heç bir təftiş ola bilməz.
Fransada seçkiləri udan Francois Hollande seçki kampaniyasında bu müqaviləyə yenidən baxılmasına çağırırdı.

Seçkidən sonra isə Hollande bildirdi ki, sərt büdcə qənaətini nəzərdə tutan bu müqaviləni yenidən müzakirə etmək üçün Berlinə gedəcək.

Almaniya hökumətinin sözçüsü Seibert isə deyib ki, müqavilənin yenidən müzakirəsi mümkün deyil.

Yunanıstan haqda Seibert deyib ki, Yunanıstanda hakimiyyətə gələn istənilən yeni hökumət özündən əvvəlki hökumətlərin borc böhranı ilə bağlı müqavilələrinə əməl etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG