Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:28

Qazaxıstanda mis mədəninin fəhlələri tətili uddular


Qazaxıstanda mis mədəninin fəhlələri tətili uddular.
KazaxMys korporasiyasının rəhbərliyi tətil başlanandan üç gün sonra tətilçilərin tələblıəri ilə razılaşdı.

Onlarla tətilçi cümə günü yerin üstünə çıxmaqdan imtina etdi. Fəhlələr maaşlarının iki dəfə artırılmasını tələb edirdi. Onlar 72 saat mədəndə, yerin altında qaldılar.

Bu fəhlələrin tətili başlanandan bir neçə saat sonra yüzlərlə digər fəhlə də onların tələblərinin müdafiəsinə qalxdı və işi dayandırdılar.

Keçən dekabrda Qazaxıstanın Janaozen şəhərciyində neft fəhlələri eyni tələblə nümayişə çıxmışdı.
Həmin nümayişin zorla dağıdılmasında 16 adam öldü.
XS
SM
MD
LG