Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:57

Hollande ilk səfərində Berlinə - avro problemini müzakirə etməyə gedəcək


Fransanın yeni seçilmiş prezidenti Francois Hollande deyib ki, onun birinci xarici səfəri Berlinə olacaq.
Onun sözlərinə görə, o, Almaniya kansleri Merkellə Avrozonanın borc problemini müzakirə edəcək.

Hollande deyib ki, o, büdcə intizamı haqda müqaviləni yenidən müzakirə etmək istəyir.
25 Avropa Birliyi ölkəsinin imzaladığı sərt qənaət haqda müqavilənin Almaniya qəti tərəfdarıdır, Fransanın artıq keçmiş prezidenti Sarkozy də bu ideyanı dəstəkləyirdi.

Merkel Hollandeyə zəng edərək, mayın 15-də andiçmə mərasimindən dərhal sonra danışıqlara başlamağı təklif edib.

Sosilistlərin namizədi Hollande mayın 6-dakı prezident seçkilərini 51,7 faiz səs yığmaqla uddu.
Sarkozyyə 48,3 faiz səs verildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG