Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:32

Bəxtiyar Hacıyevin şikayəti üzrə hazırlıq iclası oub


Mayın 7-də Bakı Apelyasiya Məhkəməsində gənc fəal Bəxtiyar Hacıyevin vaxtından əvvəl azadlığa buraxılmasından imtina qərarından şikayəti üzrə hazırlıq iclası olub. Şikayətə mayın 21-də baxılmasına qərar verilib.

B. Hacıyev 2011-ci il martın 4-də həbs edilib.

2011-ci il mayın 18-də Gəncənin Nizami Rayon Məhkəməsinin hakimi gənc fəal Bəxtiyar Hacıyev barəsində 2 il azadlıqdan məhrum etmə qərarı çıxarıb. O, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma maddəsi ilə ittiham olunur. Amma özü və vəkilləri əslində onun əslində internetdə müxalifət mövqeli fəaliyyətinə görə təqiblərə məruz qaldığını bildirirlər.
XS
SM
MD
LG