Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:26

Sarkozy getdi [VIDEO]


Fransa prezidenti Nicolas Sarkozy mayın 6-da keçirilən prezident seçkisində məğlubiyyətini etiraf edib. O, rəqibi sosialist namizəd Francois Hollande-ı qələbə münasibətilə təbrik edib.

Francois Hollande-ın tərəfdarları artıq qələbələrini qeyd edirlər. Hollande 1995-ci ildən bəri bu ölkəyə rəhbərlik edən ilk solçu prezident olacaq. Ondan əvvəl sosialist Francois Mitterrand 1981-1995-ci illərdə prezident olmuşdu.

----

Fransada prezident seçkisinin ikinci mərhələsində sosialistlərin lideri Francois Hollandenin qalib gəldiyi xəbər verilir.

Seçkinin ilkin nəticələrinə görə, Hollande 52 faizə yaxın, indiki prezident Nikolas Sarkozy isə 48 faiz səs toplayıb.

Seçkicilərin fəallığı çox yüksək olub, təxminən 72 faiz.

Bu Fransanın həyatında dəyişikliyə səbəb ola bilər.

Dəyişikliyin tərəfdarı olan Hoolande işsizliyin səviyyəsini aşağı salacağını, iqtisadiyyatı qaldıracağını vəd edir.

Sarkozy isə güclü Fransanın, immiqrasiya qaydalarını kəskinləşdirməyin və “Fransız həyat tərzi”-ni qoruyub saxlamağın tərəfdarıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG