Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:57

Naxçıvanda inkişaf edən dəmir yolu...


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!


Şərq Qapısı
16.03.2012
Sayı: 51(20.456)


ORTA MƏKTƏBDƏ MAARİFLƏNDİRİCİ TƏDBİR

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında ictimai əsaslarla Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının təşkilatçılığı ilə Şahbuz şəhər tam orta məktəbində «Erkən nikah, dərslərdən yayınan və təlim – tərbiyəyə ehtiyacı olan uşaqlarla bağlı qabaqlayıcı profilaktik tədbirlər» mövzusunda seminar keçirilmişdir.

Seminarda komitənin aparat rəhbəri Zeynal Hümbətov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Yulət Əliyev, Ədliyyə Nazirliyinin əməkdaşı Ayaz Məhərrəmov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Canməmməd Canməmmədov, həmçinin Təhsil Nazirliyinin əməkdaşı Firudin Zamanov və Şahbuz şəhər tam orta məktəbinin direktoru Məhərrəm İsmayılov çıxış edərək belə tədbirlərin əhəmiyyətindən danışmışlar.

MUXTAR RESPUBLİKADA DƏMİR YOLU NƏQLİYYATI SİSTEMİNİN MADDİ – TEXNİKİ BAZASI MÖHKƏMLƏNDİRİLİR

...Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni obyektlərin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyatının inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də ölkəmizdə dəmir yolunun inkişafına xüsusi diqqət yetirir...

«20 ildir blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının ölkəmizlə dəmir yolu əlaqəsi kəsilmişdir. Lakin buna baxmayaraq, muxtar respublikada dəmir yolu infrastrukturu qorunub saxlanılmış və inkişaf etdirilmişdir»,- deyən Ali Məclisin Sədri Naxçıvanda dəmir yolu sisteminin müasir tələblər səviyyəsində qurulması istiqamətində görülən işlərin ardıcıl şəkildə davam etdirildiyini bildirmişdir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- «Şahin» hərbi – idman oyunu keçirilmişdir
- Cəsurlar güclərini sınayıblar
- Bu günün uğuru sabahkı daha böyük miqyaslı işlər üçün bünövrə olmalıdır.

Şərhləri göstər

XS
SM
MD
LG