Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:07

Serbiyada prezident, parlament və bələdiyyə seçkiləri keçirilir


Serbiyada isə bazar günü prezident, parlament və bələdiyyə seçkiləri keçirilir.

Prezidentlik uğrunda 12 namizəd mübarizə aparır.

Amma əsas mübarizənin avropapərəst, yaxın günlərədək prezident olan Boris Tadiçlə
Rusiyapərəst, keçmiş prezident Miloşeviçin tərəfdaşı Tomislav Nikoliç arasında olacağı gözlənilir.

İctimai rəy sorğularına görə çox güman ki, seçki 2 mərhələdə keçiriləcək.

Qanuna görə ikinci mərhələ 2 həftədən sonra keçiriləcək.

Parlament seçkisində Nikoliçin partiyasının qalib gələcəyi gözlənilsə də analitiklər hesab edir ki, avropapərəst düşərgənin koalision hökumət yaratmaq şansı daha çoxdur.
XS
SM
MD
LG