Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:18

Səudiyyə Ərəbistanının səfiri Qahirəyə dönüb


Səudiyyə Ərəbistanının Misirdəki səfiri şənbə günü Qahirəyə dönüb.

İki ölkə arasındakı narazılığa görə səfir 1 həftə bundan əvvəl geri çağrılmışdı.

Buna səbəb isə misirli vəkilin Səudiyyə Ərəbistanında həbsinə etiraz olaraq Qahirədə keçirilən etiraz aksiyaları olmuşdu.

Vəkil Ahmed al Gizavi aprelin 17-də həbs edilib.

Səudiyyə rəsmiləri onun narkotik keçirməkdə şübhəli bilindiyini deyirlər.

Misir hökuməti narazılığı yoluna qoymaq üçün Səudiyyə Ərəbistanına deputatlardan ibarət nümayəndə heyəti göndərməli olub.

Keçmiş Misir prezidenti Hosni Mubarakın devrilməsinədək bu iki ölkə arasında yaxın münasibətlər olub.
XS
SM
MD
LG