Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:59

Aprelin 12-dən Suriyada 600-dən çox adam öldürülüb


Suriyanın hökumət qoşunları şənbə günü paytaxt Dəməşqdə 2 dəfn mərasimini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Məlumatlara görə dəfn mərasimlərinə bir nəçə min adam yığışıbmış.

Həmçinin şəhərin bir neçə rayonunda hökumət əleyhinə aksiyalar keçirilib.

Dəməşqdə ordu reydlər keçirib, atəş açıb, həbslər aparıb.

Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzi şənbə günü ölkədə azı 15, aprelin 12-də atəşkəs rejimi qüvvəyə mindinkdən bu yana isə 600-dən çox adamın öldürüldüyünü deyir.

Mayın 7-də Suriyada parlament seçkisi keçiriləcək.

Müxalifət hesab edir ki, bu seçki ölkədə faktiki heç nəyi dəyişməyəcək.
XS
SM
MD
LG